“Azərsun Holdinq” MMC yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, şirkət anbardar vəzifəsində işləmək üçün 4 nəfər işçi axtarır. Ümumi məlumatlar - 21-35 yaş arası kişi namizədlər; - Ali təhsilli olması; - Riyazi biliyinin yüksək olması; - MS Office və Unity proqramlarını bilməsi; - Diqqətli və məsuliyyətli olması. İş haqqında məlumat - Anbar əməliyyatlarını düzgün və sürətli formada həyata keçirilməsi; - Anbar ehtiyatlarının doğruluğunun izlənməsi; - Dövri anbar sayımlarına qatılmaq; - Anbarda zədələnmiş və son istifadə tarixi keçmiş məhsulların aşkarlanması; - Sistem üzərindən verilən sifarişlərin əl terminalları vasitəsi ilə əskiksiz və doğru toplanması. İş şərtləri Həftədə 1 gün istirahət. İş yeri Bakı şəhəri. Son müraciət tarixi 10.02.2018.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.