“Araz Supermarketlər” şəbəkəsi sabah, fevralın 2-də Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 may 69 ünvanında yeni filialının açılışını edəcək. Bu barədə Foodinfo.az-a Supermarketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yeni açılacaq filialda meyvə və tərəvəz, ət məhsulları, süd və süd məhsulları, qida, gigyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcək. Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün endirim və kampaniyalar nəzərdə tutulub. Meyvə və tərəvəzdə sonra, toyuq ətində, kolbasalarda, yağlarda, şirniyyatlarda, süd məhsularında və təmizlik vasitələrində müştəriləri endirimlər, hədiyyələr gözləyir.