Mağazadan aldığınız yumurtanın neçə həftəlik olduğunu bilmək istəyirsiniz?
Foodinfo.az bildirir ki, bunun üçün yumurtanı bir stəkan suya salmaq kifayətdir.
Təzə yumurta dərhal stəkanın dibinə çöküb yan üstə qalacaq.
Bir həftəlik yumurta dibdə qalacaq, lakin geniş tərəfi yuxarı qalxacaq.
2-3 həftəlik yumurta dibə çatmadan, iti ucu aşağı vəziyyətdə ortalarda qalacaq.
5-6 həftəlik yumurta isə suyun üzünə çıxacaq. Onu yemək olmaz.
Nərmin