Melburndan olan iki nəfər birdəfəlik içki fincanlarından yaranan tullantıların azaldılması üçün maraqlı bir həll yolu icad ediblər: yeməli fincanlar.

Onlar "Good-Edi" startapını qurublar və adi kağız fincanlara alternativ olaraq, bioloji parçalana bilən, plastiksiz stəkanlar hazırlayıblar.

"Good-Edi" 2021-ci ildə kraudfandinq vasitəsilə 98.000 ABŞ dolları cəlb edib və hazırda Melburn yaxınlığındakı müəssisəsində günə 500 ədəd yeməli fincan istehsal edir. 

Çovdar unu, buğda kəpəyi, yulaf kəpəyi, şəkər, duz, kokos yağı və sudan hazırlanmış bu məhsul qəhvə və ya çay kimi isti içkiləri təxminən 40 dəqiqə saxlaya bilir, soyuq içkilər isə həmin stəkanların içində səkkiz saat ərzində sızmadan qalır.

Yeməli fincanlar qəhvənin qiymətini artırmış ola bilər, lakin şirkətin təsisçiləri hesab edirlər ki, içki sənayesinin daha ekoloji seçimlərə üz tutması bundan vacibdir.

Nərmin