İyulun sonunda "Xiaomi" şirkəti yeni məhsulunu - "Xiaomi Mijia" brendi ilə kompakt 3D printerini təqdim edib..

Foodinfo.az xəbər verir ki, cihazın standart qiyməti təxminən 470 manat təşkil edir, lakin kraudfandinq kampaniyası çərçivəsində onu cəmi 400 manata almaq olar.

Cihazın əsas xüsusiyyəti onun çap və bərkimə funksiyalarını birləşdirən ikili dizaynıdır. Printer qutudan çıxan kimi, əlavə montaj və ya quraşdırma tələb etmədən istifadəyə hazır vəziyyətdədir.

Bundan əlavə, o, optimal çap üçün parametrləri avtomatik düzəldən və istifadəçi üçün prosesi daha da asanlaşdıran süni intellekt ilə təchiz olunub.

Modelin material üçün ayrıca konteyneri də var. Material avtomatik verilir, konteynerləri, adi printerlərdə olduğu kimi, asanlıqla dəyişmək olur.

Bundan əlavə, cihazın 3D modellərdən ibarət öz kitabxanası var, çap üçün xüsusi faylların yüklənməsini dəstəkləyir və hətta 3D modelləşdirmə üçün alətlər təklif edir.

Leyla