“WhatsApp” istifadəçilərə video zənglər zamanı ekranlarını paylaşmağa imkan verən yeni funksiya təqdim edib.

Foodinfo.az xəbər verir ki, bu funksiya "Zoom", "Google Meet" və "Microsoft Teams" kimi video konfrans xidmətlərində artıq mövcud olan funksiyaya bənzəyir.

İstifadəçilər “Paylaş” düyməsinə basaraq bu funksiyanı aktivləşdirə bilərlər, bundan sonra onlarda bütün ekranı və ya xüsusi proqramı paylaşmaq imkanı olacaq.

Yenilik iş prosesində sənədləri paylaşmaq, ailə ilə fotoşəkillərə baxmaq, tətil planlaşdırmaq, dostlarla onlayn alış-veriş etmək və ya sadəcə texnologiya məsələlərində nənə və babaya kömək etmək üçün faydalı ola bilər.

Bu funksiya bir neçə aydır ki, beta-test mərhələsinndədir və "Android", "iOS" və "Windows" sistemlərində "WhatsApp" tətbiqinin sınaq versiyalarında görünüb. İndi o, həmini üç platformada dünyanın bütün "WhatsApp" istifadəçiləri üçün əlçatandır.

Leyla