Şotlandiyada turist çimərlikdə maraqlı narıncı məxluq aşkar edib. Bu barədə “Metro” məlumat yayıb.

36 yaşlı Gregg Jenkinson və oğlu Tayler Keys istirahət edərkən qəribə dəniz canlısı ilə qarşılaşıblar.

Bu daha əvvəl görünməyən və uzunluğu bir metrə yaxın olan balıq olub. Cenkinson tapdığı heyvanın cəsədinin qara və narıncı rəngdə olduğunu bildirib.

Məxluq elmi-fantastik qorxu filmlərinin “Yadplanetli” seriyasındakı “yadplanetli” ilə müqayisə olunub.