Şokolad çoxları üçün zərərli desert hesab olunur, amma istisnalar var. Foodinfo.az bildirir ki, kardioloq İrina Berq “Medikforum” portalına açıqlamasında tünd şokoladın faydalarını vurğulayıb. Onun sözlərinə görə, 70 faizdən yüksək kakao tərkibli şokolad antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarını möhkəmləndirir və iltihabı azaldır. Berq bildirib ki, gündə 20-30 qram tünd şokolad ürək sağlamlığına müsbət təsir edə bilər. Tədqiqatlar göstərir ki, bu miqdarda istehlak qan təzyiqini azalda bilər. Lakin şəkər tərkibli və süd əsaslı şokoladlar bu effekti vermir.

Tünd şokolad həm də stress hormonu olan kortizol səviyyəsini azalda bilər. Mütəxəssis qeyd edir ki, bu məhsul maddələr mübadiləsini sürətləndirən maqneziumla da zəngindir. Ancaq yüksək kalorili olduğu üçün miqdarına diqqət yetirilməlidir.Berq insanları "şokolad faydalıdır" deyə həddindən artıq istehlakdan çəkindirməyə çağırıb. Ən yaxşı seçim tərkibində az şəkər olan, tərkibi aydın göstərilən məhsullardır.