Bir milyarddan çox aktiv istifadəçisi olan və ən populyar tətbiqlərdən biri hesab olunan "TikTok" yeni kəşfi ilə pərəstişkarlarını sevindirib.

Foodinfo.az-ın bildirdiyinə görə, məlum olub ki, tətbiqdə çoxlarının xəbəri olmadığı 46 gizli emoji var.

Bu gizli şəkillər həm iOS, həm də "Android" istifadəçiləri üçün əlçatandır. Onlardan istifadə etmək üçün xüsusi kodları bilməyiniz lazımdır. 

Belə ki, simvollar və emojilər haqqında bloq olan "Emojipedia" bu gizli simvollara necə daxil olmaq barədə məlumat paylaşıb.

"TikTok" interfeysində bu emojilər görünmür və onlardan istifadə etməyin yeganə yolu yerləşdirmə kodlarının siyahısını bilməkdir.

İstifadə prosesi sadədir: istədiyiniz emoji kodunu kopyalayın və onu "TikTok"da şərhə və ya video başlığına yerləşdirin. Bundan sonra kod gözlərinizin qarşısında unikal emojiyə çevriləcək! Bu emojilərin ekranda görünüşü bütün əməliyyat sistemləri və cihazlar üçün eynidir.

Emojilərin gizli kodlarından bəziləri bunlardır: [smile], [happy], [angry], [cry] və s.

Natəvan