Tərəvəzlərin tərkibindəki antioksidantlar oksidləşmə ilə mübarizə aparır və hüceyrə quruluşunu bərpa edir ki, bu da bir çox xəstəliklərin qarşısını alır, gəncliyi və gözəlliyi uzadır.

Foodinfo.az xəbər verir ki, bu barədə aif.ru-ya tibb elmləri namizədi, dietoloq, Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin baş elmi işçisi Natalya Denisova məlumat verib.

O, bildirib ki, yalnız bitki mənşəli məhsullarda orqanizmin yoluxucu xəstəliklərlə mübarizə aparmasına kömək edən C vitamini var. Sarı və qırmızı tərəvəzlərdə olan beta-karoten dərini, immun sisteminin fəaliyyətini yaxşılaşdırır və hətta gecə görmə qabiliyyətini təmin edir. Tünd yaşıl tərəvəzlərlə zəngin olan fol turşusu ürək-damar xəstəliklərinin qarşısını alır, pəhriz lifi isə həzm sisteminin qayğısına qalır və bədəndən lazımsız hər şeyi çıxarır.

Həkimin sözlərinə görə, bütün tərəvəzləri çiy yemək daha faydalı deyil. C vitamini haqqında danışırıqsa, istilik müalicəsi zamanı həqiqətən 80% məhv edilir. Bundan əlavə, saxlama zamanı onların faydalılığı itir, buna görə də mövsümi tərəvəz və meyvələr yemək daha yaxşıdır.

Leyla