Tənbəlliyin öhdəsindən gəlmək üçün insan ilk növbədə tənbəlliyin səbəblərini tapmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə psixoloq Yelena Qordeyeva məsləhətlərini verib.
Ekspertin fikrincə, buna həmişə psixo-emosional vəziyyət səbəb olur.
Hər şeydən əvvəl, özünüzə sual verin: sonuncu dəfə tətiliə nə zaman çıxmısınız və istirahətiniz nə dərəcədə keyfiyyətli olub?
Passiv istirahətin (xüsusən də sinir sisteminin bərpasının) faydalarına baxmayaraq, yeni nailiyyətlər üçün güclü enerji bəxş etmir. Bu enerji aktiv emosional istirahət, maraqlı insanlarla ünsiyyət, səyahətlər - adrenalin və dopamini artıran hər şey ilə təmin oluna bilər.
Həmçinin, enerjinin nəyə xərcləndiyini anlamaq vacibdir. Adətən gücümüzü emosional gərginlik alır: qəzəb, inciklik, qıcıqlanma və s. Daxili konfliktlər zamanı insan istəəmədiyi, həzz almadığı, öz dəyərlərinə uyğun olmaya işləri görməyə özünü məcbur edir.
İşləmək və həyatdan zövq almaq üçün stimulunuz varsa, istənilən növ tənbəlliyə qalib gələ bilərsiniz. Maraqlarınıza uyğun yaşayıb, emosiyalarınızı idarə edib, yaxşı istirahət etməklə özünüzü yeni kəşflərə və nailiyyətlərə həvəsləndirə bilərsiniz.
Nərmin