Bu gün məşhur "Telegram" messenceri 10 illik yubileyini qeyd edir.

Foodinfo.az xəbər verir ki, bu müddət ərzində servis 800 milyondan çox aktiv istifadəçi qazanıb. 

Layihənin təsisçisi Pavel Durovun sözlərinə görə, bu nailiyyət yalnız istifadəçilərin tövsiyələri sayəsində əldə edilib.

Mövcud olduğu 10 il ərzində "Telegram" bir çox yeniliklər təqdim edərək təkmilləşib. Nəticədə, sosial şəbəkə müasir messencer etalonuna çevrilib.

Bununla belə, platformanın gələcək planları daha iddialıdır. Şirkət sadə messencer çərçivəsindən kənara çıxmağı və sosial media sahəsində yenilikçi olmağı planlaşdırır.

Bu yolda ilk addımlardan biri bütün istifadəçilər üçün "Hekayələr" funksiyasının tətbiqi olub. Durov qeyd edib ki, bu yenilik "Telegram" tarixində yeni mərhələnin başlanğıc nöqtəsi olacaq.

Leyla