Şəxsi suborbital gəmi VSS Unity-nin sərnişinləri arasında Karib dənizindən olan tələbə və onun anası təsadüfən kosmosa bilet qazanıb.

Foodinfo.az bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.
Antiqua və Barbudadan olan 46 yaşlı Keisha Shahaff və onun 18 yaşlı qızı Anastasia Myers Virgin Galactic kosmik gəmisində suborbital uçuş həyata keçirib. Hər ikisi də təsadüfən gəmiyə minib. 2022-ci ildə Şahaff qızına İngiltərə vizası ilə bağlı problemlərini həll etmək üçün ora uçub. Təyyarədə bir reklam görüb və qalib gəlməyə ümid etmədən formanı doldurmaq qərarına gəlib.
Bir neçə ay sonra qadın ilk iyirmi finalçı arasında olduğunu öyrənib. Sonra Virgin-in qurucusu Riçard Branson onu Antiquada ziyarət edib və onu müsabiqədəki qələbəsi münasibətilə şəxsən təbrik edib.
Onların pulsuz əldə etdikləri biletin tam dəyəri təxminən 350 min funt-sterlinqdir.

Fərid