Səkkiz il ayaqyalın gəzdiyinə görə “Ayaqyalın Ben” ləqəbli Böyük Britaniya sakini ayaqqabıdan imtinanın səbəblərini açıqlayıb.

Foodinfo.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
39 yaşlı musiqiçi Ben Donnelli universitetdə oxuyarkən tez-tez ayaqyalın gəzməyə başladığını, 31 yaşında isə ayaqqabı geyinməkdən tamamilə imtina etdiyini bildirib. O vaxtdan bəri bütün Britaniyanı, eyni zamanda dünyanı gəzib. O, ayaqqabıdan imtina etdikdən sonra ayaqlarının əzələlərinin gücləndiyini, ayaqlarının genişləndiyini bildirib. Bundan əlavə, o, artıq oynaq ağrıları yaşamır və ayaqları heç vaxt tərləmir. Kişi onu da qeyd edib ki, hətta ayağının iyi də əvvəlki kimi heç də xoşagəlməz deyil.

Nurlan