Vaşinqton Dövlət Universitetinin amerikalı tədqiqatçıları quduzluq xəstəliyini yaya bilən potensial təhlükəli itləri aşkar etmək üçün mobil tətbiq hazırlayıblar.

Məqalə "Scientific Reports" (SciRep) elmi jurnalında dərc olunub.

Komanda Tanzaniyada heyvanların peyvənd edildiyi, mikroçiplərin vurulduğu və qeydiyyata alındığı baytarlıq klinikasında proqramın effektivliyini sınaqdan keçirib.

Texnologiya yüksək səmərəliliyini göstərib. Tətbiq vasitəsilə operatorlar quduzluğa qarşı peyvənd olunmuş itlərin 76,2%-ni, peyvənd olunmamış itlərin 98,9%-ni müəyyən ediblər.

"Ev itləri insan quduzluğunun əsas daşıyıcıları olduğundan, bütün dünyada insan quduzluğuna qarşı mübarizə aparmaq üçün itlərin kütləvi peyvəndlənməsi tələb olunur", - deyə tədqiqatın aparıcı müəllifi, dosent Feliks Lankester bildirib.

Qeyd edək ki, hər il quduzluq insanlar arasında 60 minə yaxın insanın ölümünə səbəb olur. Xəstəliyin demək olar ki, bütün halları Asiya və Afrikada baş verir. 99% hallarda infeksiya it dişləməsindən sonra baş verir.

Alimlərin fikrincə, xəstəliyə qalib gəlmək üçün bölgədə yaşayan heyvanların ən azı 40%-ni peyvənd etmək lazımdır.