Meyvə çaylarını sevənlər portağal qabığı, zəncəfil və qırmızı qarağat əsasında hazırlanan içkidən mütləq həzz alacaqlar. Təəccüblü dadı ilə bərabər, o həm də müalicəvi xüsusiyyətlərə malikdir.

Foodinfo.az portağal qabağından çayın hazırlanmasını təqdim edir:

Çay hazırlamaq üçün sizə lazım olacaq:

1,5 q üyüdülmüş zəncəfil;

7 q portağal qabığı;

90 q qırmızı qarağat;

3 q qara çay;

2 q mixək;

400 ml su.

Bütün maddələr bir çaydana yerləşdirilməlidir. Parçalara kəsilməli olan portağal qabığı istisna olmaqla, heç bir xüsusi hazırlıq tələb olunmur. Meyvə çayının tərkib hissələrinin üzərinə qaynar su tökün və içkinin dəmlənməsi üçün 20 dəqiqə buraxın.

Çayı stəkanlara tökün və istəsəniz, bal əlavə edin: bu, onu daha da ətirli və dadlı edəcək.