"Pokemon Company" Van Qoq Muzeyinin 50 illik yubileyi münasibəti ilə muzeylə əməkdaşlığa başlayıb.
Foodinfo.az xəbər verir ki, bu unikal əməkdaşlıq gənc rəssamları Vinsent Van Qoqun yaradıcılığı ilə tanış etmək və onun Yaponiya incəsənətinə dərin təsirini vurğulamaq məqsədi daşıyır.
Tərəfdaşlıq çərçivəsində muzeydə ziyarətçilərə Van Qoqun rəsmləri ilə tanış olmağa və onların tarixi haqqında məlumat verməyə kömək edəcək müxtəlif tədbirlər keçiriləcək. Bundan əlavə, muzeyi şəxsən ziyarət edə bilməyənlər üçün onlayn ekskursiya təşkil olunacaq.
Əməkdaşlıq çərçivəsində ziyarətçilərə “Boz papaqlı Pikaçu” adlı xüsusi reklam kartı təqdim olunacaq. Muzeyi ziyarət edə bilməyənlər bu promo-kartlar "Pokemon Center"dən də əldə edə biləcəklər.
"Pokemon" və Van Qoq Muzeyi arasında əməkdaşlıq 28 sentyabr 2023-cü il tarixindən 2024-cü il yanvarın 7-dək davam edəcək. Sərgiyə giriş üçün biletlər tələb olunur, onları saytdan onlayn əldə etmək olar.