Alimlər insanın daxili orqanlarının nə qədər tez qocaldığını anlamaq və hansı orqanların tezliklə disfunksiyalı ola biləcəyini proqnozlaşdırmaq üçün qan testi hazırlayacaq.

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıb.

Alimlər ürək, beyin və ağciyərlər də daxil olmaqla 11 əsas orqanı izləyə biliblər. Tədqiqat testi əksəriyyəti orta və yaşlı olan minlərlə insan üzərində sınaqdan keçirilib. Nəticələr göstərir ki, yaşı 50 və daha yuxarı olan kifayət qədər sağlam hər beş yetkin insandan birində ən azı bir sürətlə qocalan orqan var. Hər yüz nəfərdən bir və ya ikisində isə belə bir neçə orqan mövcuddur.

“Nature” jurnalında dərc olunan araşdırmanın tədqiqatçıları bildirib ki, belə orqanları aşkar etmək hansı sağlamlıq problemlərinin yarana biləcəyini anlamağa kömək edə bilər.