Amerikalı kripto-milyonçu Kristian Peyevin qalıqları Bolqarıstanın paytaxtı Sofiyada, yaşayış binasının kanalizasiyasından tapılıb.

Foodinfo.az xəbər verir ki, həm Amerika, həm də Bolqarıstan vətəndaşlığına sahib olan 41 yaşlı Peyev kriptovalyuta investisiyalarında sərvət qazanmağı bacarmışdı. 

Onun qohumu itkin düşdüyü barədə avqustun 10-da məlumat verib. Müstəntiqlər ölümün avqustun 8 və ya 9-da baş verdiyini bildirirlər.

Qətl törətməkdə şübhəli bilinən Vesko Valçinov Peyevi tanıyırdı. O görüşdükləri bir çox tədbirlərdə barmen işləyib. Peyev Valçinova kriptovalyuta biznesini idarə etməyə kömək edib.

Müstəntiqlər qətlin pulla bağlı ola biləcəyini düşünürlər. 

Peyevin cəsədi hissələrə ayrılıb, qalıqlar isə kanalizasiyadan tapılıb.

Valçinov avqustun 13-də həbs edilib, digər şübhəli şəxs Konstantin Subotinov isə meyitin gizlədilməsinə kömək etdiyinə görə saxlanılıb.

Fərid