Sovet teatr və kinosunun görkəmli aktrisası Faina Ranevskaya evdar qadın olmasa da, onun “şah əsəri” sayılan bir resepti olub.
Foodinfo.az “Lya pul” adlanan sobada toyuq reseptini oxuculara təqdim edir. Onun qeyri-adiliyi bundadır ki, toyuğu sobaya qoymadan öncə qiymə halına salıb digər inqrediyentlərlə qarışdırırlar.

Lazım olan ərzaqlar:
Toyuq – 2 kq
Gavalı qurusu – 150 qr
Kərə yağı – 100 qr
Qoz – 200 qr
Suxari tozu – 40 qr
Ədviyyatlar – 1 ç.q
Qırmızı istiot – 0,5 ç.q
Duz və qara istiot – zövqə görə

Hazırlama qaydası:
Toyuğu yuyub səliqə ilə dərisini soyun. Budlarını ayırın. Döş ətini də sümükdən ayırıb ət maşınından keçirin.
Qiyməyə xırda doğranmış gavalı qurusu və qoz, ədviyyat, duz və suxari tozu əlavə edin. 70 qr kərə yağını da sürtgəcdən keçirib qatın. 
Qiyməni toyuğun dərisinə bürüyün, kənarına bud hissəsini də qoyun ki, bütöv toyuq formasına bənzəsin. Lazım olduqda, dərini sapla tikə bilərsiniz.
Üzərinə ərimiş yağ çəkib sobada 180 dərəcə istilikdə 55 dəqiqə bişirin.  Bişən müddətdə mütəmadi olaraq toyuqdan çıxan suyu üzərinə tökün. 

Nuş olsun!
 

Natəvan