Gözəlliyi üçün ana südü içdiyini deyən məşhur müğənni Selen Görgüzel sosial mediada gündəm olub. Görgüzel “Uşağını əmizdirən dostumdan aldığım ana südünü içirəm. Vitamin əlavələri qəbul etsəm də yorğunluqdan çıxa bilmirdim. Həkimim ana südü içməyi tövsiyə etdi. Bu, xərçəng xəstələri üçün də çox faydalıdır. İnfeksiyaya yaxşı gəlir.” söyləyib.

Mövzu ilə bağlı ekspertlərdən açıqlama gəlib.   Foodinfo.az-ın xəbərinə görə, İstanbul Tibb Fakültəsi Daxili Xəstəliklər və Qidalanma Mütəxəssisi Prof. Dr. Osman Erk sənətçinin iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.

Həkim: “Yetkin insan ana südü içmək üçün son dərəcə cahil olmalıdır. Onun tərkibində xərçəngə səbəb ola biləcək maddələr var. İnsulin mübadiləsinə zərər verir. Bağırsaq keçiriciliyini artıra bilər. Ən azı 40 hormonal zərər var. Yetkin bir insan heç vaxt ana südü içməməlidir. Bu, absurd, nadan və elmdən kənar bir fikirdir. İnsan sağlamlığı üçün son dərəcə zərərlidir.” bildirib.