Kürən saçlı insanlar nadir hallarda günəş altında olsalar belə, fitri olaraq özləri D vitaminini sintez etmək qabiliyyətinə malikdirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim-genetik Antonina Akimenko danışıb.
O vurğulayıb ki, belə insanların qanında D vitaminini yaradan maddələrin səviyyəsi daha yüksəkdir. Bu fenomen insanların zəif işıqlı şəraitdə, məsələn, Şimali Avropada yaşamağa adaptasiya prosesi zamanı yaranıb. Həmin xüsusiyyət sayəsində kürən saçlı insanlar öz D vitaminini daha effektiv sintez edə bilirlər.
Həkimin sözlərinə görə, çox vaxt qırmızı saçlı insanların ultrabənövşəyi şüalanmaya həssas ağ dərisi olur. Bu səbəbdən kürən insanlar asanlıqla günəş yanığı ala və hətta xərçəngə tutula bilərlər. Mütəxəssis belə insanlara qoruyucu kremdən istifadə etməyi və buludsuz günlərdə açıq havada çox olmamağı məsləhət görüb.