Kosmik turizmin populyarlığının artdığı üçün alimlər kosmosda cinsi aktivliklə bağlı mümkün risklər barədə xəbərdarlıq ediblər.

Foodinfo.az xəbər verir ki, əgər kimsə Yer kürəsindən kənarda hamilə qalsa, fon radiasiyası embriona zərər verə bilər. 

Mütəxəssislər qeyd edirlər ki, gələcək ana cindi əlaqədən sonra cəmi bir və ya iki gün kosmosda olsa belə, bu, hamiləliyin qalan hissəsinə təsir göstərə bilər.

Kosmosda hiss etdiyimiz kosmik şüalanma kosmik gəmilərdən və insanlardan keçə bilər. Əgər bu hissəciklərdən biri keçib təsadüfən inkişaf etməkdə olan embriona daxil olarsa, onun təsiri necə olacaq? Bu sual  cavabsız olaraq qalır.

Tədqiqatçılar, həmçinin, xəbərdarlıq edirlər ki, hətta kosmos uçuşundan qayıtdıqdan sonra bir neçə ay ərzində hamilə qalmaq da riskli ola bilər. Bəzi astronavtlar orbitə çıxmazdan əvvəl hətta yumurta hüceyrələrini dondurmağa qərar verirlər.

Nərmin