Hamımız yatarkən uşaq kimi rahat və dərin bir yuxuya sahib olmaq və bu yuxudan oyananda yuxudan əvvəl keçirdiyimiz bütün yorğunluq və gərginliyin sovuşub getməsini istəyirik.
Foodinfo.az bildirir ki, keyfiyyətli və tam yuxuya sahib olmaq üçün çox vaxt əməl etmədiyimiz 4 sadə məsləhət var. Bunları nəzərə alsanız, yuxu vəziyyətinizin dəyişəcəyini və daha yaxşı yata biləcəyinizi görəcəksiniz.
1. Ekran işığından qaçın:
Bu gün biz oyanıq vaxtlarımızın çoxunu ekran qarşısında keçiririk (mobil telefondan televizora və kompüterə qədər). Amma rahat və tam yuxuya sahib olmaq istəyirsinizsə, yatmazdan əvvəl ən azı bir saat ekranlara baxmamalısınız.
Bunun səbəbi hava qaraldıqda bədənimizdə istehsal olunan və orqanizmi yuxuya hazırlayan melatonin adlı hormondur. Onun istehsalına böyük mane olan şey ekranın işığı, xüsusən də mavi işığıdır.
2. Tam qaranlıqda yatmaq:
Əksəriyyətimiz yatmazdan əvvəl evdə əsas işıqları söndürüb, gecə işığını yandırıb sonra yatırıq. Ancaq ətrafda işıq olmadığı təqdirdə rahat və tam yuxuya sahib ola bilərsiniz. Əks halda, bədən beyinə hələ gündüz olduğunu və yatmaq vaxtı olmadığına dair bir mesaj göndərir, buna görə də beyin tam yuxu dövrünün keçməsinə imkan vermir.
3. Kofeindən uzaq durun:
Qəhvə və kofeinli qidalar, onların oyanıqlığımıza təsiri yeməkdən sonra 6 saata qədər qalır. Gecə yuxusunun keyfiyyətinə təsir etməməsi üçün axşamdan əvvəl kofeinli qidalar qəbul etmək daha yaxşıdır. Qəhvənin yuxuya təsirini ciddi qəbul edin və gecələr qəhvə və kofeinli maddələr içməməyə çalışın.
Kofein beyni aldadır və onu ayıq saxlayır. Kofein beyində təbii, sakitləşdirici kimyəvi maddə olan adenozini müvəqqəti olaraq bloklayır.
4. Yatmaq üçün ən yaxşı vaxtı seçmək:
Gecə yatmaq üçün ən yaxşı vaxt 22:00-dan 03:00-a qədərdir.
Müəyyən və nizamlı vaxtda yatmaq daha vacibdir. Yəni, müəyyən bir cədvəliniz olsun və müəyyən vaxtda yatın. Bədən buna öyrəşsin və öz içində bu nizamı yaratsın ki, indi yatmaq vaxtıdır.