ABŞ-da 2014-cü ildə sahibindən qaçan Stüart adlı ev pişiyi tapılıb. Bu barədə WGME-TV məlumat yayıb.

Rouz Dorian 2014-cü ildə Stüart adlı pişiyini itirib. Qadın başqa ştata köçməzdən əvvəl pişiyi heç vaxt tapa bilməyib. Lakin o, onun sənədlərini və çip haqqında məlumatı saxlayıb. Bir neçə il sonra pişik qadının köhnə evinə qayıdıb.

Dorian deyir ki, on il ərzində Stüart heç dəyişməyib - o, hələ də o qədər mehribandır və insanları sevir.

Fərid