İtalyan aşpazı Gino Sorbillo yerli sakinlər arasında hiddətə səbəb olan qeyri-adi tərkibli pizza hazırlayıb.

Foodinfo.az CNN-ə istinadla xəbər verir ki, buna səbəb “Margherita con ananas” adlı pizzanın hazırlanması olub.

Karamelizə edilmiş ananaslar yeməyin qeyri-ənənəvi elementinə çevrilib. Bundan əlavə, aşpaz reseptdən pomidoru çıxarıb. Beləliklə, Sorbillo italyanları ənənəvi yeməklərə deyil, yeni bir şey sınamağa çağırıb.

Yerli sakinlər isə buna qəzəblənib və sosial şəbəkələrdə mənfi şərhlər yazaraq aşpazı tənqid ediblər.

Maraqlı tərkib hissəsi olan pizzanın 7 avroya başa gəldiyi bildirilir.

Leyla