Son günlər ölkədə havanın temperaturu 40 dərəcəni keçir. Bu istilərdə evdə kondisioneriniz yoxdursa, nə etmək olar?
Foodinfo.az xəbər verir ki, tikinti üzrə ekspert Fyodor Vasilyev News.ru-ya müsahibəsində bildirib kondisioner olmadan mənzili soyutmağın yollarından danışıb.
Onun sözlərinə görə, ilk növbətə, günəş şüalarının birbaşa otağa düşməsinin qarşısını mümkün qədər almaq lazımdır.
Pəncərələr günəşli tərəfə baxırsa, o zaman vaxtaşırı pərdələrə və ya jalüzlərə soyuq su çiləyin. Çox isti olsa, sprey şüşəsindən otağın ortasına buzlu su çiləmək olar.
Beləliklə, əllərinizi və üzünüzü sərinləyə bilərsiniz. Belə özünüzü daha yaxşı hiss edəcəksiniz.
Vasilyevin sözlərinə görə, isti günlərdə qaz, ütü və sobadan istifadə etməmək yaxşıdır.
Fərid