Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir.

Bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb.

Həkim prosesi belə izah edir:

“Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadın istər-istəməz belini əymək məcburiyyətindədir. Vaxt keçdikcə əyilmə artır, baş və boyun qabağı əyilir.  Orta hesabla hamiləlik anadan bir santimetrdən iki santimetrə qədər boy "oğurlayır".

Osteopat əlavə edib ki, sağlam qadınlarda doğuşdan sonra əvvəlki boy öz-özünə qayıdır. Ancaq bunun baş vermədiyi hallar da olur.