"YouTube" kanalının müəllifi Ceff Girling qeyri-adi fərziyyəni sınaqdan keçirmək qərarına gəlib. 

 Foodinfo.az xəbər verir ki, o, üç ədəd 1 TB həcmli "SanDisk Extreme PRO" fleş-kartını poçt göyərçininə bağlayaraq quşu Kanada məlumat mərkəzinə göndərib.

Təcrübənin nəticələri heyrətamiz olub: göyərçin 3 TB məlumatı 800 km-ə qədər məsafəyə internetdən daha tez ötürə bilib.

Girling qeyd edib ki, bir çox internet provayderləri öz bağlantılarını giqabaytlı kimi reklam edir və 125MB/s-ə qədər ötürmə sürəti vəd edirlər, lakin real sürət nadir hallarda 75 MB/s-ni keçir.

Halbuki göyərçin 1,6 km məsafəni cəmi bir dəqiqəyə qət edib, məlumatların fleş-kartdan köçürülməsi də çox az vaxt alıb.

Bu təcrübə 2009-cu ildə Cənubi Afrika şirkətinin 4 GB-lıq diskdə məlumat ötürmək üçün göyərçindən istifadə etdiyi vəziyyəti xatırladırıb. Göyərçin 96,5 km məsafəni 1 saat 8 dəqiqə ərzində qət edərək məlumatı uğurla ötürüb, halbuki "Telkom" internet provayderi həmin vaxta məlumatların yalnız 4%-ni endirə bilmişdi.