Alman alimləri müəyyən ediblər ki, spirt və enerji içkilərini qarışdırmağı sevənlərin beyinləri zədələnir. Bu zaman kokainə bənzər bir asılılıq yaranır.

Bu barədə “WalesOnline” portalı yazıb.

Xüsusilə, mütəxəssislər iki içkinin tamamilə əks təsirinə diqqət çəkirlər. Spirt sinir sistemini ləngidir, enerji içkiləri isə əksinə onu stressə salır. Üstəlik, bəzi enerji içkilərinin tərkibində adi bir fincan espressodan on dəfə çox kofein var. Nəticədə təkcə beyin deyil, qan damarları və ürək də əziyyət çəkir.

Eyni zamanda, alimlər iddia edirlər ki, güclü alkoqol və enerji içkilərindən ibarət kokteyl içərkən beynin neyrokimyasında davamlı dəyişiklik narkomaniyaya sövq edə və ona asılılığın yaranmasına səbəb ola bilər (AZƏRTAC).