Avstraliyada dul qadın ərini itirdikdən 3 il sonra ondan qız dünyaya gətirib.

Foodinfo.az bildirir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
2017-ci ildə kişi bağırsaq xərçəngi olduğunu öyrənib. Kimyaterapiyadan əvvəl o, sağaldıqdan sonra həyat yoldaşı 34 yaşlı Şan Qudsellə uşaq sahibi ola bilsinlər deyə spermasını dondurmaq qərarına gəlib.
Həkimlərin səylərinə baxmayaraq, xəstəlik sürətlə inkişaf edib. Sonda avstraliyalı xərçəngə qalib gəlməyin mümkün olmayacağı fikrindən əl çəkərək müalicədən imtina edib. 2019-cu il mayın 3-də huşunu itirib və həkimlərin səyinə baxmayaraq bir daha özünə gəlməyib.

Üç il sonra həyat yoldaşı Şan Qudsell ümumi arzusunu həyata keçirmək qərarına üçün süni mayalanma proseduruna girib.  İlk cəhddən sonra qadın hamilə qalıb.
2022-ci ilin dekabrında onun qızı dünyaya gəlib.

Nərmin