Dondurulmuş dəniz məhsullarını düzgün şəkildə buzdan çıxarmaq onların həm dadını, həm də yumşaqlığını qorumaq üçün vacibdir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər hər bir dəniz məhsulu üçün fərqli ərimə üsuluna əməl etməyi tövsiyə edirlər.
Krevetləri otaq şəraitində deyil, bağlı polietilen torbada soyuq suda saxlamaq lazımdır. Bu üsul sayəsində həm qoxusu itməz, həm də təbii ləzzəti qorunur. Proses adətən bir saata qədər çəkir.
Midiyaların buzunu açmaq üçün onları süzgəcə qoyaraq soyuducunun aşağı rəfində saxlamaq məsləhətdir. Bu zaman içindəki ət qurumur və təzəliyini saxlayır.
Osminoq isə digər dəniz məhsullarından fərqli olaraq birbaşa bişirilə bilər. Onun əti dayanıqlı olduğu üçün əvvəlcədən əridilməsinə ehtiyac yoxdur.
Kalamarlara gəlincə, bu məhsul təkrar dondurulmaya dözmür. Buzu ya soyuducuda, ya da otaq temperaturunda açmaq mümkündür, amma otaq şəraitində saxlanıldıqda qoxu bir qədər güclü olur.
Ustritsalar isə ən həssas dəniz məhsulu hesab olunur. Onları yalnız bir dəfə əridə bilərsiniz. Bunun üçün qabıqlı halda paketin içində soyuducunun aşağı rəfində saxlamaq lazımdır. Proses cəmi bir saata qədər davam edir və məhsulun təbii dadını qorumağa imkan verir.






