İki dişi ağrıdığı üçün getdiyi diş həkimi gənc qadına uyuşdurucu iynə vurub, sonra 18 dişinin hamısını çəkib.

Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyədə baş verib.

Yemək yeyə bilməyən, hətta danışmaqda çətinlik çəkən qadın həmin həkimdən şikayət etdiyini bildirib.

45 yaşlı Zeynep Bozkurt Özsoy həmin diş həkiminə rəfiqəsinin məsləhəti ilə getdiyini bildirib. Həkimin ondan bu iş üçün 50 min lirə pul istədiyini də bildirib. Qadının ağrılarının dözülməz olması yetərli deyilmiş kimi, istifadə etdiyi dərmanlar da allergiyaya səbəb olub. Dişlərini itirən gənc qadın yemək yeyə bilmədiyi üçün bu müddətdə 8 kilo arıqlayıb. Həyatını çətinləşdirən stomatoloqa qarşı məhkəmə iddiası qaldırsa da, sözügedən həkim iddiaları rədd edib.