Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır.

Məlum olub ki, atılan bu kartoflar əslində faydalıdır. Siz həmin kartofları yenidən istifadə edə bilərsiniz. Belə ki, cücərtiləri (təxminən 300 qram) kəsdikdən sonra 2 litr su ilə dolu qaba qoyun. Sonra hazırladığınız qarışığı bir gecə saxlayıb. Bulanıq və az yağlı bir maye alınacaq.  Çiçəklərinizi və ya bitkilərinizi həftədə bir dəfə bu maye ilə sulayın. Onların böyümə sürətinə inanmayacaqsınız.