Çinin "Fourier Intelligence" startapı GR-1 humanoid robotunun kütləvi istehsalına hazırlaşır.
Foodinfo.az xəbər verir ki, iki ayaq üzərində 5 km/saat sürətlə hərəkət edə və 50 kq-a qədər yük daşıya bilən cihaz ikiayaqlı robotlar sahəsində əsl sıçrayışa çevrilib.
İlk zamanlarda reabilitasiya üçün cihazlar hazırlayan "Fourier Intelligence" fəaliyyət sahəsini genişləndirmək və android yaratmaq qərarına gəlib. Şirkətin yeni ideyası olan GR-1 üç il ərzində hazırlanıb və ilk dəfə təxminən bir ay əvvəl ictimaiyyətə nümayiş etdirilib.
Startapın təsisçisi və baş icraçı direktoru Aleks Qu GR-1-in hazırlanmasını uşaq böyütməklə müqayisə edərək, robotun ilk addımlarının mühəndislik komandası üçün əsl ilham olduğunu qeyd edib.
Modelin kütləvi istehsalına bu ilin sonunda başlanacağı və 2024-cü ilə qədər bir neçə min ədədin istehsal olunacağı planlaşdırılır.
Leyla