Xərçəng beyin fəaliyyətini yaxşılaşdıracaq və qocalmanı ləngidir. Bu barədə NEWS.ru-ya dietoloq Mixail Ginzburq məlumat verib. Mütəxəssisin sözlərinə görə, yağ turşuları, sink və D vitamini sayəsində xərçəng əti sınıq riskini də azaldır və mərkəzi sinir sisteminə yaxşı təsir edir.
Vitamin D mərkəzi sinir sisteminin vəziyyətinə də təsir edir, depressiya və təzyiq xəstəliyindən qoruyur. Dəniz məhsulları insan orqanizmini yod, selen və sinklə təmin edir. Bu üç mineral normal həyat üçün lazımdır. Yod qalxanabənzər vəzin funksiyasını dəstəkləyir.
Həkimin sözlərinə görə, xərçəngkimilər asanlıqla həzm olunan zülaldır. Həmçinin, xərçəng əti az yağlıdır, lakin çox doyurucudur.
Leyla