Alimlər gündəlik lif qəbulu ilə beyin funksiyasını yaxşılaşdırmağın yolunu kəşf ediblər. Foodinfo.az xəbər verir ki, Alzheimer xəstəliyinin qarşısının alınması üsulu haqqında daha ətraflı məlumat Nature Communication jurnalında dərc olunan məqalədə təsvir olunub.

Tədqiqatda 12 həftə ərzində ya plasebo, ya da yüksək lifli pəhriz əlavəsi qəbul edən 60 yaşdan yuxarı 36 cüt əkiz iştirak edib. Eyni zamanda, bütün könüllülər əzələ fəaliyyətini yaxşılaşdırmaq üçün fiziki məşqlər edib və protein əlavələri qəbul ediblər.

Məlum olub ki, lif əlavəsi iştirakçıların bağırsaq mikrobiomunun tərkibində əhəmiyyətli dəyişikliklərə, xüsusən də bifidobakteriyalar kimi faydalı bakteriyaların sayının artmasına səbəb olub.

Qruplar arasında əzələ gücündə əhəmiyyətli fərq olmasa da, lif əlavəsini qəbul edən qrup koqnitiv beyin funksiyasını qiymətləndirən testlərdə, həmçinin reaksiya vaxtı və məlumatların işlənməsi testlərində daha yaxşı nəticə göstərib.

Fərid