Astronomlar müəyyən ediblər ki, Avropanın buzlu səthində gözləniləndən daha az oksigen var. Bu isə Yupiterin peykinin yeraltı okeanında həyatın mövcud olma ehtimalına təsir edə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə “Nature Astronomy” jurnalında dərc olunan məqalədə deyilir.

Yeni araşdırma NASA-nın Juno kosmik gəmisi tərəfindən 2022-ci ildə Avropaya xüsusilə yaxın uçuş zamanı - cəmi 353 kilometr məsafədə toplanan məlumatlara əsaslanır. Avropanın səthinin 6 ilə 18 kiloqram arasında oksigen istehsal etdiyi təxmin edilmişdi. Əvvəlki hesablamalara görə, Avropa 1100 kiloqram oksigen istehsal edirdi.

Bu oksigen, Yupiterin radiasiyası Avropanın səthindəki buzları parçalayanda hidrogenlə birlikdə əmələ gəlir. Əgər peyk keçmişdə əhəmiyyətli dərəcədə yüksək səviyyədə oksigen istehsal etməyibsə, o zaman peykdəki şərait potensial yaşayış üçün daha az əlverişlidir.

Bununla belə, Avropanın atmosferinə nə qədər oksigen qaçdığı, nə qədərinin buzda qaldığı və nə qədərinin yeraltı okeana düşə biləcəyi məlum deyil.

Leyla