Ufadakı "Dublin" pubında aşpaz musiqi dinədiyinə görə həmkarı tərəfindən döyülüb.  Avtosfer.az xəbər verir ki, hadisə Başqırdıstanın paytaxtı Ufada baş verib. 


Mətbəxdə işləyərkən aşpazlardan biri musiqi dinləyib. Lakin anidə həmkarı treki dayandırıb. Aşbaz musiqi dinləməyə davam etmək istəyib.


Nəticədə onlar arasında mübahisə yaranıb və qısa zamanda davaya çevrilib. Zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. 


Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Nurlan