Evdəki virusları və bakteriyaları aktiv şəkildə öldürən, lakin allergiya xəstələri üçün təhlükə yarada bilən altı ev bitkisi məlum oldu. Foodinfo.az xəbər verir ki, bu barədə LIFE məlumat yayıb.

Belə bitkilərdən biri, adətən tək ağac, kol kimi yetişdirilən Baeticadır. Təbii antibiotiklərin istehsalına görə qapalı yerlərdə streptokokları və stafilokokları öldürə bilir. Qədim dövrlərdən bəri bitki mədə-bağırsaq xəstəlikləri, vərəm, astma və bronxitin müalicəsində istifadə edilib.

Fitonsidlər istehsal edən ağac aloe də allergiya xəstələri üçün təhlükəli bitkidir. Aloe tərkibindəki maddələr insanın immun sistemini "stimullaşdıra" bilən biostimulyatorlardır.

Bitkilər siyahısında daha biri yerdə ətri ilə baş ağrılarını aradan qaldıran maqnoliya yarpağı hesab olunur. Bundan əlavə, streptokokları, stafilokokları və sarsinanı öldürür, həmçinin kif əleyhinə aktivdir. Lakin allergiyası olan insanlar üçün təhlükləlidir.

Fərid