Yaşlı insanlar adətən çay içməyi sevirlər, lakin 60 yaşdan sonra yaşıl çay içmək daha faydalıdır.

Foodinfo.az Attention.plus-a istinadən xəbər verir ki, bu barədə həkim Valeriya Rumyantseva məsləhətlərini verib.

O qeyd edib ki, tərkibində çoxlu miqdarda antioksidant olan yaşıl çayla xoş ritual da faydalı ola bilər:

“Yaşlı orqanizmin bütün toksinlərdən təmizlənməsi üçün bu maddələrə ehtiyacı var. Bundan əlavə, yaşıl çay sidikqovucu təsiri sayəsində bədəndən artıq mayenin çıxarılmasına kömək edir".

Çay 80 dərəcəyə qədər qızdırılan suda dəmlənməlidir, bu zaman içki bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayacaq.

Fərid