Avstraliyanın ən yaşlı sakini uzunömürlülüyün sirrini açıqlayıb. 

Foodinfo.az bildirir ki, bu barədə News.com.au məlumat yayıb.

Belə ki, 1912-ci ildə Hollandiyada anadan olan 111 yaşlı Katerin van der Linden 1955-ci ildə Avstraliyaya köçüb. Onun dörd övladı, on nəvəsi və on beş nəticəsi var. 

Van der Linden uzunömürlülüyünün əsas səbəbi kimi aktiv həyat tərzini göstərib. O, həftədə bir neçə dəfə idman zalında məşq edir və uzun gəzintilərə çıxır.