Pakistanda 110 yaşlı  kişi 55 yaşlı qadınla evlənib.

Foodinfo.az bildirir ki, Bu barədə 24 News HD məlumat yayıb.

Yerli əhali arasında böyük səs-küyə səbəb olan toy Xayber Paxtunxva əyalətinin Mansehra rayonunda baş tutub. 12 uşaq atası olan Abdul Hanan Svati həyatında dördüncü dəfə evlənib. Nəvələri və nəticəsi ilə birlikdə yeni ailə quranların ailəsi 84 nəfərdən ibarətdir.

Yerli məsciddə keçirilən təntənəli mərasimdə bəyin altı oğlu və altı qızı iştirak edib. Onun yeni həyat yoldaşı isə Battaqram qraflığından olan bir qadın olub.

Leyla