ABŞ-ın Oreqon ştatında üzgüçülük üzrə təlimçi işləyən 102 yaşlı sakini uzunömürlülüyünün səbəbini açıqlayıb.

Foodinfo.az bildirir ki, bu barədə “People” məlumat yayıb.
Peggy Konzak yarım əsrdən çoxdur ki, uşaqlara üzməyi öyrədir. O, 46 yaşından bəri YMCA Gənclər Könüllüləri Təşkilatında üzgüçülük üzrə təlimatçı olub. Qadın təqaüdə çıxmaq fikrində deyil və onun sözlərinə görə, bacardıqca işləməyi planlaşdırır. Konzak qeyd edir ki, o, valideynlər və onların uşaqları ilə ünsiyyətdə özünü xoşbəxt hiss edir. 
 “Bu yaşda mən çox tənbəl ola bilərəm. Mən içəri girirəm, üzürəm və ya dərs deyirəm, evə qayıdıram, özümü yaxşı hiss edirəm və günün qalan hissəsinə hazır oluram. Bu, mənə hərəkətdə qalmağa kömək edir”, - o bildirib.

Nərmin