Sənaye miqyasında mürəbbə hazırlamaq üçün istifadə edilən istilik emalı meyvə və giləmeyvənin tərkibindəki bütün vitaminləri məhv edir. Buna görə də evdə bişirilən mürəbbələrə üstünlük verilməlidir. 

Foodinfo.az xəbər verir ki, diyetoloq İrina Berejnaya ev mürəbbəsinin mağazadan alınandan bir neçə cəhətdən üstün olduğunu bildirib.

Onun sözlərinə görə, evdə hazırlanan mürəbbə həm çoxlu miqdarda vitamin, lif və antioksidantlarla zəngin, həm də daha dadlıdır. Eyni zamanda, təbii meyvələrdən hazırlanan mağaza mürəbbələri və cemləri daha yüksək temperaturda bişirilir. Bu üsul məhsulun istifadə müddətini uzadır, lakin onu faydalı xüsusiyyətlərindən məhrum edir.

"Güclü istilik emalı bütün təbii vitaminləri "öldürür". Əgər əldə edilən məhsulda vitaminlər varsa da, onlar sonradan əlavə edilib", - deyə mütəxəssis izah edib.

Ən faydalısı isə "beş dəqiqəlik" mürəbbə (yəni odda cəmi 5 dəqiqə saxlanılan) hesab olunur. Məhsulun qazın üstündə çox az müddət saxlanması səbəbindən tərkibində C vitamini, lif və antioksidantlar maksimum miqdarda qalır.

Fərid