
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426
yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
76 897 nəfər müalicə olunaraq sağalıb,
1 433 nəfər vəfat edib, aktiv xəstə sayı
47 272 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
17 621, bu günə qədər isə ümumilikdə
1 746 198 test icra olunub.