Bu təbii üsul sayəsində dodaqlarınızın üstündəki tüklər yox olacaq və bir daha onlarla qarşılaşmayacaqsınız. 

Həm kişilər, həm də qadınlar üçün üst dodaqlarında tüklərin olması çox görülür. Stress, pis qidalanma və ya hormonal dalğalanmalar tüklərin adi haldan daha çox uzanmasına səbəb ola bilər. Bu çox təbii prosesdir. Ancaq bu tüklərdən xilas olmaq istəyənlər üçün bir çox fərqli yollar var.

 Foodinfo.az xəbər verir ki, mumlama, ülgüc, sap və cımbız əsas üsullardandır. Ancaq təəssüf ki, bu üsullar müvəqqəti həll yolu təqdim etməklə yanaşı ağrılıdır. Bu zaman yuxarı dodaq tüklərini çıxarmaq və böyüməsini azaltmaq üçün təbii üsullar işə düşür. Yalnız 2 inqrediyentlə dodaqlarınızda tüklərin uzanma tezliyini əhəmiyyətli dərəcədə azaldacaqsınız.

Ev şəraitində hazırlaya biləcəyiniz zərdəçal və süd maskası ilə cəmi 1 aydan sonra təsirli nəticə əldə edə biləcəksiniz.

1 xörək qaşığı zərdəçal tozunu 1 xörək qaşığı südlə qarışdırıb üst dodağa çəkin. Bu maskanı təxminən yarım saat saxlayın. Maska sərtləşdikdən sonra yumşaq bir şəkildə ovuşdurun və yuyun. Bunu bir neçə həftə ərzində bir neçə gündən bir etməklə təsirli nəticələr əldə edə bilərsiniz. Təxminən 1 ay sonra yuxarı dodaq tüklərində azalma müşahidə edəcəksiniz.