Yazıçı-jurnalist Jennifer Brehenyin apardığı bir araşdırmada valideynlərin uşaqlarda özünəinam problemlərinə səbəb olan ən əhəmiyyətli səhvi açıqlayıb. 

Jurnalist Harvard məktəbində bir tədqiqatçının köməyi ilə 2020-ci ildə ilk dəfə olaraq valideyn sorğusu keçirdib.

Onun sözlərinə görə, uşaq tərbiyə edərkən edilən ən böyük səhvlərdən biri “tənqidi valideynlik”dir. Müəllif bildirir ki, valideynlərin hədsiz tənqidi münasibəti uşaqlarda “yalançı mənlik”in formalaşmasına səbəb olur.

 Yalan mənlik nədir?

Müəllif deyir: “ Valideyn tənqid edəndə (məsələn, “Niyə qardaşın kimi deyilsən?”) və ya sevgilərini şərti olaraq təqdim etdikdə (məsələn, “Bu semestrdə yaxşı nəticə göstərəcəyini gözləyirəm”) uşaq özünü günahkar hiss etməyə başlayır. Müvafiq olaraq, bu ağrılı duyğunun öhdəsindən gəlmək üçün uşaqlar valideynlərinin istədiyi və ya ehtiyac duyduğu insan olmaq üçün əslində kim olduqlarını gizlətməyi öyrənirlər. Bu, uşaqlarda psixoloqların “yalançı mənlik” adlandırdıqları süni şəxsiyyətin formalaşmasına səbəb olur. Mütəxəssislərin fikrincə, bu süni şəxsiyyət uşağın yaşaması üçün lazım olan sevgi və dəstəyi almaq üçün həyata keçirdiyi strategiyadır. Nəticədə, bu, uşaqların özünəinamını və özünə hörmətini itirməsi ilə nəticələnə bilər.

Breheny deyir: “Ən güclü və ən dözümlü uşaqları böyüdən valideynlər onlara səhv etmək və uğursuzluqdan qorxmamaq üçün şərait yaradırlar. Zamanla saxta mənlik onları yanlış dostlar, tərəfdaşlar və ya karyera seçməyə vadar edə bilər, çünki onlar əslində başqasının həyatını yaşayırlar. 

Uğurlu valideynlər nəyi fərqli edir?

Müəllifin fikrincə, yaxşı valideynlər övladlarına “səni sevirəm, amma etdiyin bu hərəkəti bəyənmirəm” deməyi bacarmalıdır. Bu ikisini aydın şəkildə ayıra bildikdə uşaq öz dəyərini "yaxşı" və ya "pis" davranışına bağlamır.  

Narahatlığınızı ifadə edərkən diqqətli olmalısınız. Uşaq bizim dəyərlərimizə və ya ümidlərimizə uyğun olmayan hərəkətlər etdikdə məyusluğu ifadə edərkən isti münasibəti unutmamalısınız.

Fransanın Notr-Dam Universitetində aparılan bir araşdırma qayğıkeş bir ailədə böyüyən uşaqların yetkinlik dövründə depressiya və narahatlıq keçirmə ehtimalının daha az olduğunu ortaya qoyub. 

Breheny valideynlərin bu mərhəməti-sevgini oyunlar vasitəsilə uşağa çatdırmağın tərəfdarıdır. Oyuna vaxt ayırmadıqda uşaqlarımızla edə biləcəyimiz ən keyfiyyətli qarşılıqlı əlaqəni, yəni bərabər fərdlər kimi özümüzü birlikdə nəyəsə həsr etmək fürsətini əldən veririk.