Uşağı diz üstə oturaraq üzr istəməyə məcbur edən qadın barəsində cinayət işi başlanılıb.

Foodinfo.az TASS-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Tomsk vilayətində qeydə alınıb.

Belə ki, qadın 10 yaşlı qızı diz üstə oturaraq ondan üzr istəməyə məcbur edib. O, bu hərəkəti oğlunun telefonunu zədələdiyinə görə edib. İstintaq Komitəsinin regional şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb:

“Müstəntiqlər bütün halları araşdırır”.

Rusiya KİV-in məlumatına görə, Tomsk vilayətinin sakini oğlunun telefonunu zədələdiyi üçün onun sinif yoldaşını diz üstə oturaraq ondan üzr istəməyə məcbur edib. Yaşadığı stress səbəbindən qızda psixi pozğunluq və qarışıq narahatlıq və depressiv reaksiya yaranıb. Mütəxəssislər qızın sağlamlığına ciddi ziyan vurulduğunu müəyyən ediblər.