
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
1849 yeni yoluxma faktı qeydə alınıb,
1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
19 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ümumilikdə
73 429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
54 049 nəfər müalicə olunaraq sağalıb,
946 nəfər vəfat edib, aktiv xəstə sayı
18 434 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
13 325, ötən müddət ərzində isə ümumilikdə
1 502 707 test aparılıb.